18:02 26 Sentyabr 2020 153
Ana səhifə Xəbərlər

Azərbaycanda daha 10 şagird koronavirusa yoluxdu

Təhsil Nazirliyi bu gün ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən APA TV-ya verilən məlumata görə, bu gün bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 51 olub. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyətinin sayı isə 1 nəfər təşkil edib.

Bu gün virusa yoluxan şagird sayı isə 10, İşçi heyətinin sayı 2 olub.

Daha bir sinif isə koronavirus səbəbindən distant təhsilə keçirilib.

Bu günə qədər distant təhsilə keçirilən siniflərin sayı 12, məktəblərin sayı isə 1 olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın