15:20 18 İyun 2020 1746
Ana səhifə Xəbərlər

Azərbaycanda dezinfeksiya tunellərinin istehsalına başlanıb - REPORTAJ

Rusiya prezidenti Vladimir Putinin rezidensiyasına dezinfeksiyaedici tunel quraşdırılıb. Dəhlizə daxil olanlar koronavirus əleyhinə kimyəvi məhlul ilə dezinfeksiya olunacaq.

Maraqlıdır, deyilmi? Daha maraqlısı isə odur ki, ölkəmizdə də koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “PACİFİC” şirkətlər qrupu “PG-DEZOX” dezinfeksiyaedici tunelinin istehsalına başlayıb.

Dezinfeksiyaedici tunellərlə daha yaxından tanış olmaq üçün PACİFİC GROUP-da istehsal prosesini izlədik.

Pandemiya ilə mübarizədə və onun qarşısının alınmasında “PACİFİC GROUP” mühüm vasitə kimi dezinfeksiyaedici tunellərin istehsalını həyata keçirir. Bu tunellər ən yüksək səviyyədə gigiyena təmini üçün mükəmməl bir cihazdır. Proses burada baş tutur. “PACİFİC GROUP”a daxil olan “Metal Grid” şirkəti plazma, lazer-kəsim, əymə-bükmə, qaynaq və rənglənmə avadanlıqlarında dezinfeksiyaedici tunellərin istehsalını aparır.

“Pacific Metal Grid”-in sahə rəisi Məhəmməd Mikayılov deyib ki, dezinfeksiya tunellərinin hazırlanması avtokart proqramında yığılır və operatorlara ötürülür:

“Onlara ötürüldükdən sonra lazer, kəsmə avadanlıqlarından istifadə olunur. Bundan sonra məhsul tam hazırlanır və qaynaq makinalarına ötürülür. Qaynaq olunduqdan sonra yüksək təzyiqli borular vasitəsilə kompressorlar qoyulur və alkapon işləri bu sexdə görülür. İş bitdikdən sonra məhsul anbardara ötürülür”.

Dezinfeksiyaedici tunellərin hissələrinin istehsal prosesi başa çatdıqdan sonra bu zavodda həmin avadanlığın quraşdırılması işləri aparılır. Burada əsasən cihazın elektronika hissələri yığılır. Proses başa çatdıqdan sonra məhsul tam şəkildə istehlakçının ixtiyarına verilir.

“Pacific Group”-un İctimaiyyətlə Əlaqələr Üzrə Mütəxəssisi Günel Fərəcova bildirib ki, dezinfeksiyaedici tunel dünyada geniş yayılmış, daim mutasiya edərək dəyişən virus, bakteriya kimi mikroorqanizmlərin azaldılmasına kömək edən bir cihazdır:

“Aparatın üzərində yerləşən həssas qəbuledicilər sayəsində insan tuneldən keçdiyi zaman hərəkət sensoru vasitəsilə sistem avtomatik olaraq işə düşür və nəticədə dezinfeksiyaedici məhlul püskürdücü nozullara ötürülür. Bununla da yüksək təzyiq nəticəsində maye buxar halına keçməklə insanların üzərini islatmadan onları dezinfeksiya edir. Dezinfeksiyaedici tunel insan sağlamlığı üçün heç bir ziyanı olmayan, müxtəlif bakteriyaların məhv edilməsinə qarşı yönəldilmiş, tərkibində heç bir kimyəvi qatqısı olmayan mayedən istifadə etməklə insanların dezinfeksiya olunması üçün nəzərdə tutulub. Bu cihazın üzərində hərəkətə işləmə vəziyyəti və mayenin həcmi barəsində xəbərdarlıq lampası quraşdırılıb”.

“Pacific Group”-un İctimaiyyətlə Əlaqələr Üzrə Mütəxəssisi Günel Fərəcovanın sözlərinə görə, dezinfeksiyaedici tunel sifarişçilərin tələb və istəklərinə uyğun olaraq müxtəlif ölçülərdə istehsal oluna bilər. O cümlədən maye deposu, yəni çənin ölçüsü də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif ölçülərdə - 20 litrdən 250 litrə qədər quraşdırılması mümkündür:

“PC-DEZOX” dezinfeksiyaedici tunelinin bir sıra üstün cəhətləri mövcuddur. Quraşdırılması və istifadəsi çox asandır. Quraşdırıldıqdan sonra başqa əraziyə asanlıqla yerini dəyişmək mümkündür. Dezinfeksiyaedici tunel giriş istiqamətində 8 ədəd sağa və 8 ədəd sola olmaqla 16 ədəd püskürdücü nozulla təchiz olunub. Bu nozullar da insanların 1-2 saniyə ərzində dezinfeksiya olunmasını təmin edir. Yüksək təzyiqli dumanlama üsulu, hərəkət sensoru və bu kimi mühüm üstün cəhətlərə malikdir. Ümumiyyətlə, sifarişçilərin istək və tələblərinə uyğun olaraq dezinfeksiyaedici tunellərin bir sıra modelləri təklif oluna bilər. Burada ən sadə modeldən tutmuş, ən üst modellər bir-birindən püskürdücü nozulların sayına, sensor monitor, temperatur ölçən xüsusiyyətlərinin olmasına, maye deposunun ölçüsünə, çanta üçün əlavə dezinfeksiyaedici keçidin olmasına görə fərqlənirlər”.

Şirkətin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi qeyd edib ki, dezinfeksiyaedici tuneldən yalnız pandemiya dövründə deyil, gələcəkdə yarana biləcək başqa yoluxucu xəstəliklərin qarşısının alınmasında, digər virus və bakteriyaların məhv olunmasında da istifadə oluna bilər:

“PC-DEZOX” dezinfeksiyaedici tunelinin üstün cəhətlərindən biri onun yüksək təzyiq dağılmasını təmin edən sistemə malik olmasıdır. Dezinfeksiya prosesinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün molekullar maksimum əraziyə yayılmalıdır. “PC-DEZOX” dezinfeksiyaedici tuneli də bunu təmin edir. Bu aparatın əsasən dövlət və özəl müəssisələrin girişlərində quraşdırılması nəzərdə tutulub. Metroların giriş və çıxışları, tibb məntəqələri, hərbi hissələr, həbsxanalar, sərhəd və gömrük keçid məntəqələri, uşaq bağçaları, avtovağzallar, hava limanları, konsert sahələri, hotellər, insanların sıx olduğu müxtəlif küçələrdə bu cihazın quraşdırılması mümkündür. Tunelin quraşdırılmasında istifadə olunan bütün materialların və detalların keyfiyyətinə tam olaraq zəmanət verilir”.

Cihaz dezinfeksiyaedici tunellərin modellərindən biridir. Avadanlığın işləmə mexanizmi haqqında isə məlumatı bizə “PACİFİC GROUP”-un əməkdaşı Günel Fərəcova verəcək.

Dezinfeksiyaedici tunelin bir neçə modeli mövcuddur. Həmin tunelin modellərindən biri də qarşısında dayandığım çantalı modeldir. Belə ki, bu modeldə çantanın dezinfeksiya edilməsi üçün əlavə keçid quraşdırılıb. O cümlədən bir metr yarım məsafədən insanların istiliyini ölçmək üçün cihaz yerləşdirilib.

Qeyd edək ki, dezinfeksiyaedici tunelin üzərindəki həssas qəbuledicilər sayəsində insanlar tuneldən keçdiyi zaman hərəkət sensorları vasitəsilə sistem işə düşür və qısa müddət ərzində 140-150 baradək yüksək təzyiq nasosunun köməyilə dezinfeksiyaedici məhlul tuneldəki yüksək təzyiqə davamlı, paslanmayan borulardan keçərək püskürdücü nozullara ötürülür. Bununla da yüksək təzyiqlə çıxan maye buxar halına keçərək insanların üzərini islatmadan dezinfeksiya edir. Tunelin üzərində onun işləmə vəziyyəti və dezinfeksiyaedici məhlulun miqdarı barədə xəbərdarlıq lampası quraşdırılıb. Tuneli quraşdırmaq və istifadə etmək asandır, quraşdırıldıqdan sonra asanlıqla yerini dəyişmək olur. Bazardakı digər dezinfeksiya tunellərindən fərqli olaraq, “PG-DEZOX” yüksək təzyiq dağılmasını təmin edən bir sistemə malikdir. Dezinfeksiya prosesinin ən yüksək səviyyədə aparılması və dezinfeksiyaedici vasitənin bütün nöqtələrə çatması üçün molekullar maksimum əraziyə yayılmalıdır. Sprey burunlarından yüksək təzyiqlə çıxan maye ətraf mühitə aşağı və normal təzyiq sistemindən daha kiçik molekullarda verilir. Molekulların ətraf mühitə minimum endirilmiş səviyyədə verilməsi səthlə daha çox əlaqə qurmağa imkan verir, eyni zamanda dezinfeksiyaedici molekullar səthə maksimim giriş təmin edir.

Sonda onu da qeyd edək ki, dezinfeksiya tunelinin istehsalında istifadə olunan materialların və detalların keyfiyyətinə tam zəmanət verilir.

Elvin Paşazadə,

Əli Ələkbərov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın