04:40 26 Mart 2020 1856
Ana səhifə Xəbərlər

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olundu

“What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycana gələn bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Baş təhqiqatçı Musa Hüseynovun sözlərinə görə, həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 41 yaşlı Elmira Məmmədova olduğu müəyyən edilib: “Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 23 yanvar 1979-cu il təvəllüdlü Məmmədova Elmira Məmməd qızı olduğu müəyyən edilib. Elmira Məmmədova rayon polis şöbəsinə dəvət olunaraq onunla profilaktiki söhbətlər aparılıb”.

Saxlanılan Elmira Məmmədova qadın səs yazısının bu qədər ajiotaj yaradacağını düşünmədiyini bildirib: “Düzdür bilmədən etmişəm. Amma yenə də bu səhvdir. Narahat etdiyim insanlardan üzr istəyirəm. Həqiqətən də bu bilərəkdən olmayıb. Sadəcə atamı və ailəmi qorumaq üçün bu addımı atmışam. Tək bir insana, ailə üzvümüzə, qardaşımın yoldaşına göndərmişəm. Yaratdığım narahatçılığa görə Azərbaycan xalqından üzr istəyirəm”.

Elmira Məmmədovanın barəsində yerli məhkəmə tərəfindən inzibati həbs qərarı verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın