14:00 03 Aprel 2020 2212
Ana səhifə Xəbərlər

Azərbaycanda küçəyə çıxmaq üçün SMS-lə icazə almaq lazım gələcək - HÖKUMƏTDƏN SƏRT QƏRAR

Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının AzərbaycanRespublikasının ərazisində geniş yayılmasının qarşısınınalınmasına dair əlavə tədbirlər haqqında qərar verib.

APA TV-nin xəbərinə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısınınalınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsindəölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlətqurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habeləyaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətinitəmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıqhaqqında” Azərbaycan Respublikasının Qanununun 25-cimaddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakıqaydada tətbiq edilsin:

1.1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

1.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

1.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

1.1.4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəAparatının əməkdaşları;

1.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədəndövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onlarınmüavinləri;

1.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyininəməkdaşları;

1.1.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyininvə onun tabeliyindəki qurumların əməkdaşları;

1.1.8. dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habeləfasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəliəlavə);

1.1.9. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

1.1.10. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

1.1.11. kütləvi informasiya vasitələrinin əməkdaşları;

1.1.12. Azərbaycan Respublikasında akkreditasiya olunmuşdiplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarıvə onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyitərəfindən verilmiş akkreditasiya kartları əsasında).

1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürəntərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az”portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqişəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqişəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə);

1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdəfəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqişəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxsyaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

1.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəlhüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təminedilməsi üçün tələb olunan əməkdaşları.

1.3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri”Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi, “Bir” tələbə-könüllüləri,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar“icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinəaşağıdakı hallarda yol verilir:

1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrəmüalicə almaqla əlaqədar;

1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelədərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadəedilməsi zərurəti ilə əlaqədar;

1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

1.5. Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayışyerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMSməlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMSməlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsinşəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrəmüalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazərayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar vəşəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməliolduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddətinəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışlamüəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

1.5.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının,habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün(icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

1.5.3. 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

1.6. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

1.6.1. Azərbaycan Respublikasının vətəndaşları üçün –şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111);

1.6.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimiyaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün –Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ(DYİ)1111111);

1.6.3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olmamüddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarınseriyası və nömrəsi (MOM1111111);

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelədərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadəedilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

1.7. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxsyaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

1.8. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyətyarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquqmühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarınıntələbi ilə onlara təqdim etməlidirlər.

1.9. SMS icazə sistemindən istifadə qaydaları və SMSgöndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 ÇağrıMərkəzinə müraciət edilə bilər.

1.10. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərəməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülərbarədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat10:00-dan etibarən daxil etməlidirlər.

1.11. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkətizamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

1.12. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarınınpozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda,“icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMSsistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslərbarəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 apreltarixli 124 nömrəli Qərarına1 nömrəli əlavə

Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlətəhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsizfəaliyyət göstərən müəssisələrin

Siyahısı

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

2. “Azəriqaz” İstehsalat Birliyi

3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə vəbirgə müəssisələri)

7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq SəhmdarCəmiyyəti

8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı SəhmdarCəmiyyəti

13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində RespublikaSeysmoloji Xidmət Mərkəzi

17. Bakı Nəqliyyat Agentliyi

18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı SəhmdarCəmiyyəti

20. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

21. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü vətəchizatı müəssisələri

Azərbaycan Respublikası NazirlərKabinetinin 2020-ci il 2 apreltarixli 124 nömrəli Qərarına

2 nömrəli əlavə

Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadəedilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonrahərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publikhüquqi şəxslərin

Siyahısı

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyi

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii SərvətlərNazirliyi

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

7. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

8. Azərbaycan Respublikasının Energetika Nazirliyi

9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

11. Azərbaycan Respublikasının Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsi

12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və ArxitekturaKomitəsi

14. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsi

15. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə DövlətKomitəsi

16. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

17. Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

18. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

19. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

20. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

21. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

22. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

23. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsiüzrə Milli Agentlik

25. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

26. Azərbaycan Respublikasının Dövlət Neft Fondu

27. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətiorqanları

28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

29. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi

30. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

31. Azərbaycan Respublikasının Hesablama Palatası

32. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

33. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu

34. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti

36. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan KreditTəşkilatı.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın