14:58 08 Oktyabr 2020 173
Ana səhifə Xəbərlər

Azərbaycanda məcburi köçkün olan Rusiya vətəndaşı: “Erməni anaları, eşidin!”

Bibigül Berqaliyeva Rusiya vətəndaşıdır. Milliyyətcə qazaxdır. 22 ildir ki, azərbaycanlı keçmiş döyüşçü ilə evlidir. Tanışlıqlarının tarixçəsinə gəlincə, I Qarabağ müharibəsində əlil olan Füzuli rayonunun Kürdlər kənd sakini Eldəniz Quliyev müalicə olunmaq məqsədilə 2002-ci ildə müalicə olunmaq məqsədilə Moskva xəstəxanalarından birinə göndərilib. Həmin vaxt xəstəxanada tibb bacısı işləyən Bibigülə bir könüldən min könülə aşiq olub və evləniblər. 2008-ci ildə Azərbaycana qayıdıblar. İlk vaxtlar ünsiyyət problemi olsa da, tezliklə Azərbaycan dilini öyrənib.

Bibigül gəlişimizə şad olub, çay süfrəsi açır.

Başının üzərindən erməni gülləsi əskik olmasa da, gündəlik olaraq ev və təsərrüfat işlərini görür, inəklərə ot, toyuq-cücəyə dən verir.

Müsahibimiz Azərbaycana ayaq basdığı ilk gündən azərbaycanlıların qonaqpərvərliyinə heyran olub. İlk vaxtlar ünsiyyət problemi olsa da, tezliklə Azərbaycan dilini öyrənib. İndi yerli camaatla elə onların öz dilində çox sərbəst danışır. Həm də şirin Qarabağ ləhcəsi ilə.

Bibigülün ən böyük arzusu tezliklə həyat yoldaşının dədə-baba yurdu olan Füzuli rayonunun Kürdlər kəndinə ayaq basmaqdır: “Fəxr edirəm ki, həyat yoldaşım keçmiş hərbçidir. Bu ilin iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz rayonunu atəşə tutandan sonra həyat yoldaşım hərbi komissarlığa gedərək könüllü kimi yazılıb və hər an döyüşlərə qatılmaq əmri gözləyir. Mən özüm də tibb bacısı kimi Azərbaycan Ordusuna yardım etməyə hazıram”.

Qarabağı əzəli Azərbaycan torpağı sayan Bibigül Berqaliyeva hesab edir ki, Azərbaycan əsgəri öz torpaqlarını işğaldan azad etmək üçün döyüşür: “Erməni analarına müraciət edirəm ki, oğullarını Azərbaycan torpağına göndərməsinlər. Çünki burada onları açıq-aşkar ölüm gözləyir. Qarabağ Azərbaycan torpağıdır və bu, həmişə belə olub”.

İndi bu ailənin bir istəyi var: işğal altında olan Azərbaycan torpaqlarının tezliklə azad olunması. O gün isə uzaqda deyil.

Elvin Paşazadə,

Ziya İsmayılov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın