00:40 25 Mart 2020 351
Ana səhifə Xəbərlər

Azərbaycanda tətilin müddəti aprelin 4-dək uzadıldı - RƏSMİ

Ölkə ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

APA TV-nin məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib.

Müəyyən edilib ki, bu qərar dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin, banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın