11:20 08 Oktyabr 2019 25
Ana səhifə Xəbərlər

Azərbaycanın yeni Baş Naziri təyin edildi

Azərbaycanın Baş Naziri istefa verib. Novruz Məmmədov bununla bağlı prezident İlham Əliyevə müraciət edib.

APA TV-nin məlumatına görə, dövlət başçısı hökumət rəhbəri postuna Əli Əsədovun təyin edilməsini Milli Məclisə təklif edib.

Parlament Əli Əsədovun Azərbaycanın Baş Nazir təyin edilməsinə razılıq verib.

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvanda anadan olub. 1974-cü ildə Bakıda 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Həmin il Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi işə başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi vəzifələrində, 1989-1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda çalışıb.

1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

1998-ci ildə Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 4 il sonra Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Əli Əsədov Azərbaycanın 12-ci Baş Naziridir.

Xatırladaq ki, istefaya gedən Novruz Məmmədov 2018-ci il aprelin 21-də Baş Nazir təyin edilmişdi.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın