04:59 03 İyul 2020 459
Ana səhifə Xəbərlər

AzTV-nin baş redaktoru koronavirusdan vəfat edib

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) baş redaktoru Etibar Babayev koronavirusdan ölüb.

APA TV xəbər verir ki, ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gətirilmişdi və orada müalicə alırdı. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir də koronavirusdan vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın