16:27 01 İyul 2020 1565
Ana səhifə Xəbərlər

AZTV-nin əməkdaşı koronavirusdan vəfat edib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.

AzTV-dən APA TV-yə verilən məlumata görə, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru 36 yaşlı Nemətzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda bildirilir ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır, 1 nəfər evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.

"Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar içəri buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir", - deyə məlumatda qeyd olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın