17:20 13 Avqust 2019 77
Ana səhifə Xəbərlər

Baba maşını aşırdı, nəvə öldü

Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan-Sabirabad avtomobil yolunun rayonun Qaratoğay kəndi ərazisindən keçən hissəsində Əşrəf Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil 50 CN 758 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq arxası üstə aşıb. Qəza nəticəsində avtomobildə olan sürücünün nəvəsi - 2 yaşlı Əşrəf Xəyal oğlu Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü isə Şirvan Şəhər Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Avtomobildə olan sürücünün həyat yoldaşı yüngül xəsarət alıb. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın