08:40 14 Fevral 2020 329
Ana səhifə Xəbərlər

Badamdarda sürüşmə zonası yenidən aktivləşdi

Badamdarda sürüşmə zonası yenidən aktivləşib.

APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev bildirib ki, Badamdarda sürüşmə kütləsindəntorpaq hissəsi ayrılıb.

Həmin ərazidə axan torpaq bir müddətdir dayansa da, indi yavaş-yavaş bir hissəsi ayrılaraq çökür.

Onun sözlərinə görə, Badamdarda sürüşmə sahəsində aktivlik həmişəki kimidir: “Yağışlı hava şəraiti ilə əlaqədar torpaq ağırlaşıb, bir tərəf bir az qarşıya doğru axıb. Hələ ki, elə bir problem yoxdur. İşlər dayandırılıb. Havalar düzələndən sonra işlər davam etdiriləcək. İndi təhlükəlidir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, bu gün sürüşmə kütləsinin üzərində dəyişiklik olub, hazırda monitorinq aparılır. Sürüşmə sahəsində gərginlik qalmaqdadır.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar - 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın