18:57 14 Fevral 2020 548
Ana səhifə Xəbərlər

Bağ evindən oğurluq etmək istədi, hadisə yerində yaxalandı – NOVXANIDA ƏMƏLİYYAT

Novxanıda bağ evindən oğurluq etmək istəyən şəxs hadisə yerində saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Novxanıda Abduləli Eyvazova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.

Əraziyə gələn polislər evin giriş qapısının açıq olduğunu və bir nəfərin mənzilə daxil olmaq istədiyinin şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Polis İdarəsində araşdırma aparılan zaman oğurluq etməyə cəhd göstərən şəxsin Novxanı qəsəbəsi sakini Tərlan Səmədov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın