14:25 26 Yanvar 2021 228
Ana səhifə Xəbərlər

Bakı-Naxçıvan aviareysinin sayı artırıldı - GÜNDƏ 3 DƏFƏYƏDƏK

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 fevral tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə üç dəfəyədək artırır.

AZAL-dan APA TV-yə verilən məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:

- Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20;

- Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10.

Hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrı mərkəzinə “WhatsApp” mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət etməyinizi xahiş edirik:

- Bakı-Naxçıvan reysləri üçün:

WhatsApp: +994 55 204 65 54;

- Naxçıvan-Bakı reysləri üçün:

WhatsApp: +994 60 487 30 11.

Aviabiletləri həmçinin 1 fevral tarixindən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrində əldə etmək mümkündür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın