18:40 12 Noyabr 2019 39
Ana səhifə Xəbərlər

Bakı polisi: Qanunsuz piket keçirilməsinin qarşısı alınıb

Bakıda qanunsuz piket keçirməyə cəhd edənlərin hüquqazidd əməllərinin qarşısı alınıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA TV-yə verilən məlumata görə, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub.

Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilib və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə BŞBPİ tərəfindən rəsmi xəbərdar ediliblər.

Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət şəxs BŞİH qarşısında qanunsuz piket keçirməyə cəhd göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın