22:04 24 Fevral 2021 66
Ana səhifə Xəbərlər

Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsi buz qatı ilə örtülüb

Ötən gecədən dəyişən hava bu gün yollarda sürücülər üçün çətin vəziyyət yaradıb.

APA TV xəbər verir ki, yağan qar, əsən külək magistral yolları buz qatı ilə örtüb. Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində 10-dan artıq yol nəqliyyat hadisəsi qeydə alınıb.

Yük avtomobilinin “Ford” markalı mikroavtobusla toqquşması nəticəsində isə 34 yaşlı Qalib Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Daha bir qəzada isə qoşqulu traktor aşıb. Hadisə nəticəsində xəsarət alan olmasada texnika yararsız hala düşüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın