19:20 10 Oktyabr 2019 32
Ana səhifə Xəbərlər

Bakı-Quba yolunda qətliam kimi qəza: bir ailə məhv oldu

Bakı-Quba yolunun 52-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, Xızı rayonu ərazisində ikisi yük və biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan bir ailənin 3 üzvü - 1966-cı il təvəllüdlü Lalə Məmməd qızı Allahverdiyeva, onun oğlu, 1988-ci il təvəllüdlü Taleh Hümbət oğlu Allahverdiyev və gəlini Nazilə Allahverdiyeva hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın