03:20 07 Noyabr 2019 39
Ana səhifə Xəbərlər

Bakı sakinini güllələyən şəxs tutuldu

Bakıda odlu silahdan atəş açaraq, paytaxt sakinini yaralayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Azər Orucov yaxalanıb.

Cari il avqustun 5-də gecə saatlarında Azər Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan “Vinçester” markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib. Saxlanılan zaman Azər Orucov ifadəsində etdiyi cinayəti etiraf edərək, hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan rayonunda Kür çayına atdığını bildirib.

Polis Bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azər Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, onlardan aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsi etmələri xahiş olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın