22:55 05 Dekabr 2019 357
Ana səhifə Xəbərlər

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi istifadəyə verildi - PREZİDENTİN İŞTİRAKI İLƏ

Prezident İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib.

APA TV-nin məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib. Dövlət başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verilib. Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın