14:00 29 Fevral 2020 159
Ana səhifə Xəbərlər

Bakı-Sumqayıt şossesində avtomobil aşıb

Bakıda yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyən sürücü avtomobilini xəndəyə aşırıb.

APA Tvxəbər verir ki, hadisə Ekoloji Nəzarət Postunun yaxınlığında baş verib.

Məlumata görə, həmin ərazidə yolda təmir-tikinti işləri aparılır. Buna görə də yanacaq doldurma məntəqəsinin qarşısı da qazılıb. Bunu vaxtında görməyən "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil qazılan quyuya düşüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın