06:40 16 Fevral 2020 224
Ana səhifə Xəbərlər

Bakı-Sumqayıt şossesində yol qəzası baş verib – XƏSARƏT ALANLAR VAR

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

APA Tv xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhərinə düşən hissəsində qeydə alınıb.

Şamxal Həsənəlinin idarə etdiyi “Geely” markalı nəqliyyat vasitəsilə Xırdalan qəbistanlığının beton plitəsinə çırpılıb. Nəticədə sürücü Şamxal Həsənəli və sərnişin xəsarət alıb.

Sürücü bildirib ki, hərəkətdə olan zaman naməlum markalı avtomobil onun nəqliyyat vasitəsini vuraraq ərazidən uzaqlaşıb.

Baş dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın