18:40 26 Yanvar 2020 250
Ana səhifə Xəbərlər

Bakıda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Nizami rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, "Neolit" restoranının yaxınlığında "Kia" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Nəticə 3 nəfər - Nağıyev Çingiz İsgəndər oğlu, Həmzəyev Həmzə Vəkil oğlu və Bürcəliyev Tural Əkrəm oğlu xəsarət alıblar.Yaralılar 3 saylı şəhər xəstənasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın