05:37 06 Dekabr 2019 190
Ana səhifə Xəbərlər

Yasamalda qəza: “Opel” marketə girdi

Paytaxtda avtoqəza baş verib.

APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, “ASAN xidmət” mərkəzinin yaxınlığında qeydə alınıb.

Abdullayev Elçin Yusif oğlu idarə etdiyi "NAZ Lifan" markalı avtomobilin sükanı arxasında qırmızı işığa məhəl qoymayıb və Qasımov Ramin Mahir oğlunun idarə etdiyi "Opel" markalı maşınla toqquşub. Zərbənin gücündən "Opel" yol kənarındakı marketə çırpılıb.

Xəsarət alan "NAZ Lifan"da olan sərnişin, 17 yaşlı Ağayev İlkin Rafael oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın