13:20 11 Sentyabr 2019 22
Ana səhifə Xəbərlər

Bakıda adam oğurluğu ilə məşğul olan dəstə ələ keçdi - XÜSUSİ ƏMƏLİYYAT

Paytaxtda adam oğurluğu ilə məşğul olan dəstə ələ keçib.

APA TV-nin DİN-nin mətbuat xidmətinə istinadən məlumatına görə, dəstə üzvləri istintaqa verilib.

Araşdırmalar nəticəsində məlum olub ki, Xətai rayon sakini Hüseyn Əsgərov sentyabrın 9-da paytaxt sakini, 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. O, dəvət olunduğu kafedən əvvəllər məhkum olunmuş, kriminal aləmə meylli, 1982-ci təvəllüdlü Vasif Allahverdiyev, Sumqayıt şəhər sakinləri - əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü Fəqan Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb.

Adam oğurlluğu ilə məşğul olan şəxslər həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə Hüseyn Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməli olduğunu bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Allahverdiyev, A.Abbasova, Fəqan Eminoğlu, Ş.Hüseynov, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən Hüseyn Əsgərov girov saxlandığı yerdən azad olunub.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın