02:40 11 Sentyabr 2019 25
Ana səhifə Xəbərlər

Bakıda Avropa Şurasının 70 illik yubileyi qeyd olunub

“Avropa Şurası üzv ölkələrdə insan hüquqları, demokratiya, qanunun aliliyin təmin olunması üçün çalışıb”.

APA TV-nin xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mauri Paskiebu Fransa-Azərbaycan Universitetində keçirilən “Hüquqlarımız, azadlıqlarımız və Avropamız” adlı Avropa Şurasının yaradılmasının 70 illik yubileyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Təşkilatın yaranma səbəblərinə və nailiyyətlərinə toxunan prezident bildirib ki, Azərbaycanın və digər qonşu dövlətlərin Avropa Şurasına qoşulması Avropada böyük cəmiyyətin formalaşması prosesində vacib dönüş nöqtəsi olub. O qeyd edib ki, AŞPA həmçinin xalqlar arasında daha yaxşı anlaşmanın və vəhdətin yaradılması istiqamətində vacib addımlar atıb.

Avropa İnsan Haqları Məhkəməsinin roluna toxunan AŞPA prezidenti onun Avropada qızıl standart olduğunu Lissabondan Vladivostoka qədər bütün üzv ölkələrin vətəndaşlarının haqlarını qorumaq və müdafiə etmək istiqamətində ciddi işlər gördüyünü vurğulayıb. O, Avropa Şurasına üzv ölkələrin qurumun qəbul olunan konvensiyasına, ümumi öhdəliyə əməl etmələrinin vacibliyini də qeyd edib.

Üzv ölkələrlə siyasi dialoqun vacib olduğunu qeyd edən AŞPA prezidenti mövcud problemlərlə bağlı açıq müzakirələrin önəmli olduğunu deyib.

Qonaq Azərbaycan hökumətini Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasına qoşulmağa çağırıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın