09:20 08 Avqust 2019 27
Ana səhifə Xəbərlər

Bakıda avtobusla minik avtomobili toqquşub

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında qeydə alınıb. Sabunçu-Köhnə Günəşli marşrutunda xətdə olan 40 saylı, 10 TH 029 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu ilə 10 RX 219 nömrəli “Mersedes” markalı minik avtomobili toqquşub. Hər iki avtomobilə ziyan dəyib. Hadisə bir müddət nəqliyyatın hərəkətinə mane olub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın