03:44 13 Fevral 2020 328
Ana səhifə Xəbərlər

Bakıda avtomobil işıq dirəyinə çırpılıb – XƏSARƏT ALAN VAR

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gecə Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib. Prospektin Nərimanov rayonu ərazisində Hüseyn Əzizov İdarə etdiyi “Lada” markalı avtomobili ilə metronun 20 yanvar istiqamətinə hərəkətdə olan zaman qəfil idarə etməni itirib. Nəticədə, avtomobil işıq dirəyinə çırpılıb. Bundan sonra nəqliyyat vasitəsi əks istiqamətli yola çıxıb. Hadisə zamanı Hüseyn Əzizov ağır bədən xəsarətləri alıb. Yaralı dərhal hadisə yerinə çağırılmış təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Xəstəxanasına aparılıb.

Avto qəza nəticəsində prospektin “Koroğlu” metrosu isitqamətində tıxac yaranıb. Buna görə də yol patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini bərpa etməyə çalışıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Qəza zamanı deformasiyaya uğramış “lada” markalı avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb.

Yalnız bundan sonra prospektdə avtomobillərin normal hərəkəti bərpa edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın