04:56 12 Sentyabr 2020 791
Ana səhifə Xəbərlər

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakının Nizami rayonunda ağır nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

Sürücü Orxan Həsənov idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən 25-30 yaşlı oğlanı vurub. Yaralı elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Sürücü O.Həsənov saxlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın