17:35 19 Sentyabr 2020 310
Ana səhifə Xəbərlər

Bakıda avtomobillərin səsboğucu sistemini oğurlayan şəxs yaxalandı

Bakıda avtomobilin səsboğucu sistemini oğurlayan şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakı şəhər sakini idarə etdiyi “Toyota Prado” markalı avtomobilin dəyəri 2000 manat olan səsboğucu sisteminin (katalizator) naməlum şəxs tərəfindən oğurlanması barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Talıb Ağalarov saxlanılıb.

O, törətdiyi hadisəni etiraf edib və oğurladığı səsboğucu sistemi Sumqayıt şəhərində 300 manata satdığını bildirib.

Araşdırma zamanı Talıb Ağalarovun icarəyə götürdüyü daha bir “Toyota Prado” markalı avtomobilin də eyni üsulla səsboğucu sistemini oğurladığı məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin paytaxt ərazisində, eləcə də digər şəhər və rayonlarda da başqa nəqliyyat vasitələrinin səsboğucu sistemlərini oğurladığı istisna olunmur. Onun idarə etdiyi nəqliyyat vasitəsindən səboğucu sistemləri kəsib əldə etmək üçün istifadə etdiyi xüsusi alətlərin aşkar edilməsi bu fikiri irəli sürməyə əsas verir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın