04:45 22 Sentyabr 2020 2238
Ana səhifə Xəbərlər

Bakıda ayıq sürücü qəza törətdi

Nərimanov rayonunda avtomobil aşıb.

APA TV xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, ayıq sürücü kimi fəaliyyət göstərən Seymur Ağayev idarə etdiyi Chery markalı avtomobil ilə Ziya Bünyadov prospektində sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq körpüdəki yol ayrıcı betona çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın