22:56 24 Yanvar 2021 110
Ana səhifə Xəbərlər

Bakıda beş avtomobil toqquşub

Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.

APA TV xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Ağayev Vüsal Əhməd oğlu idarə etdiyi avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.

V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın