20:00 28 Fevral 2020 124
Ana səhifə Xəbərlər

Bakıda beşmərtəbəli binada yanğın olub

Bakının Səbail rayonunda beşmərtəbəli binada yanğın baş berib.

APATv xəbər verir ki, yanğın rayonun Aqil Quliyev küçəsi 10 ünvanında qeydə alınıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dərhal bina sakinləri təxliyyə edilib. Təhlükəsizlik məqsədilə binanın elektrik enerjisi müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, yanğın binanın zirzəmisində məişət tullantılarının alışması nəticəsində baş verib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın