21:32 04 İyul 2020 527
Ana səhifə Xəbərlər

Bakıda boya fabrikində yanğın başlayıb

Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb.

APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

Boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir.

Hal-hazırda yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın