01:17 05 İyul 2020 466
Ana səhifə Xəbərlər

Bakıda boya fabrikində yanğın davam edir

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

APA TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə Qərargah yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib, 5 Təcili Tibbi Yardım briqadası göndərilib. Hər hansı xəsarətlərlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.

Qeyd edək ki, ərazidə hazırda yanğın partlayışlarla müşahidə edilir və 700 kvadratmetr ərazini əhatə edir.

Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın