20:00 25 Fevral 2020 241
Ana səhifə Xəbərlər

Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA Tv xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsi 8 ünvanında baş verib.

18 mərtəbəli binanın 4-cü mərtəbəsində eyvanda alov başlayıb. Evdə heç kim olmadığından əraziyə cəlb edilən FHN əməkdaşları xüsusi texnika ilə eyvana daxil olub. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, yanğın məişət tullantılarına siqaret kötüyünün düşməsindən baş verib.

Hazırda ərazidə FHN-in 4 texnikası və canlı briqadası yanğının səbəblərini araşdırır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın