15:20 04 Dekabr 2019 45
Ana səhifə Xəbərlər

Bakıda dükandan 144 kq ət oğurladılar - YAĞ-PENDİRLƏ BİRGƏ

Bakıda ət, yağ və pendir oğurlayıblar.

APA TV-nin məlumatına görə, qida məhsullarının oğurlanması paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Cinayəti törədikdən sonra oğrular nəzarət kamerasının yaddaş blokunu da söküb özləri ilə aparıb. 144 kq. ətin necə oğurlaması yaxınlıqdakı binaya qoyulan kameraya da düşüb. Zərərçəkən dükandan artıq 3-cü dəfə oğurluq edildiyini deyir.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın