14:40 15 Noyabr 2019 42
Ana səhifə Xəbərlər

Bakıda hündürmərtəbəli binada yanğın oldu – ZƏHƏRLƏNƏNLƏR VAR

Bakının Xətai rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

APA TV xəbər verir ki, hadisə Neapol küçəsi-16 ünvanında qeydə alınıb.

Yanğın çoxmərtəbəli yaşayış binasının dam örtüyündə müşahidə edilib. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov bildirib ki, iki bloklu binanın mansardında baş vermiş yanğının sahəsi 180-200 kv. m sahəni əhatə edib: "18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardı 20 kv/m, 2 mənzilin isə həm mansardası, həm də daxilindəki yanar konstruksiyaları 60 kv. m sahədə yanıb. Eyni zamanda binanın 1-ci mərtəbəsindən 60-cı mərtəbəsinə qədər elektrik şaxtasında kabellər 60 p.m sahədə yanıb. Yanğın tam söndürülüb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub, 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Elektrik şaxtasında elektrik xətlərinin yüklənməsi nəticəsində yanğının baş verdiyi ehtimal olunur. Nəticədə yanğın mansardaya yayılıb. Xəsarət alan olmayıb".

İlkin məlumata əsasən, yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənib. Onlar 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib.

Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb. Bunlar 1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı, onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı, 32 yaşlı Əliyev Zaur Arzuman oğlu, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı, onların övladları - 2013-cü il təvəllüdlü Ayan Əliyeva, 2016-cı il təvəllüdlü Aliyə Əliyeva və 2018-ci il təvəllüdlü Asim Əliyev, habelə 33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı, onun övladları - 2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu, 2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı və S.Tağıyevanın anası, Nağıyeva Kifayət Qəşəng qızıdır.

Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın