04:22 25 Sentyabr 2020 205
Ana səhifə Xəbərlər

Bakıda iaşə obyekti yandı - MÜŞTƏRİLƏR TƏXLİYƏ EDİLDİ

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

APA TV verir ki, hadisə Təbriz küçəsində yerləşən “PUB”- da qeydə alınıb.

Belə ki, obyekt sahibi Aqşin Kərimlinin verdiyi məlumata görə, yanğına səbəb mətbəxdə yerləşən məişət avadanlığında baş verən qısaqapanma olub.

Nəticədə içəridə yanğın başlayıb. Müştərilər dərhal təxliyə edilib.

Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin əməkdaşları cəlb edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın