00:00 31 May 2020 1840
Ana səhifə Xəbərlər

Bakıda idarəetmədən çıxan maşın mağazaya girdi – SAHİBKARA KÜLLİ MİQDARDA ZİYAN DƏYDİ

Bakıda avtomobil idarəetmədən çıxaraq mağazaya girib.

APA TV-nin xəbərinə görə, hadisə "Soliton" mağazasının Məhəmməd Hadi küçəsində yerləşən filialında baş verib.

Belə ki, “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və yol kənarında yerləşən mağazanın şüşəsini sındıraraq maşınla içəri girib. Nəticədə mağazada satışda olan 12 soyuducuya və liftə ziyan dəyib.

Mağaza sahibinin sözlərinə görə, dəyən zərər 40 min manatdan yuxarıdır.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Paşazadə,

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın