06:10 16 Sentyabr 2020 211
Ana səhifə Xəbərlər

Bakıda iki avtomobil toqquşdu - XƏSARƏT ALANLAR VAR

Sabunçu rayonunda yol nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA TV xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, Bəxtiyar İsmayılov idarə etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olan zaman qəfil 25 yaşlı İsmayılov Ənvər Eldar oğlunun idarə etdiyi Lada Priora markalı nəqliyyat vasitəsi onun qarşısına çıxıb. İki avtomobilin toqquşması zamanı sürücülər B. İsmayılov və Ə.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib

Yaralılardan B.İsmayılov evə buraxılıb. Ə. İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın