05:47 13 Fevral 2020 515
Ana səhifə Xəbərlər

Bakıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Bakının Surxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Bahar qəsəbəsində "Tofaş" və "Opel" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə "Opel"in sürücüsü İntiqam Məmmədov, "Tofaş"ın sürücüsü 1984-cü il təvəllüdlü Səfərov Fərhad Nazim oğlu və sərnişinləri - 1984-cü il təvəllüdlü Ustinov Sergey Qriqori oğlu, 1992-ci il təvəllüdlü Qasımova Zəminə İbrahim qızı və 1995-ci il təvəllüdlü Abuluaslanov Sərxan Xaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın