15:59 27 İyun 2020 508
Ana səhifə Xəbərlər

Bakıda istixanada narkotik yetişdirən şəxs tutuldu

Bakıda narkotik yetişdirən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Bayram Sadıxov saxlanılıb.

Ona məxsus Bilgəh qəsəbəsində yerləşən evin həyətindəki istixanaya baxış zamanı 1131 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq istixanadan əlavə quru və yaş halda ümumi çəkisi 42 kiloqram marixuana da aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri həm satmaq, həm də ki, şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın