11:54 14 Yanvar 2021 40
Ana səhifə Xəbərlər

Bakıda karantin qaydalarını pozan oyun zalı aşkar edildi

Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən "Playstation" oyun zalı aşkar edilib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Zabrat qəsəbəsində xidmət aparan zaman aşkar edilən oyun zalının fəaliyyəti dərhal dayandırılıb.

Baxış zamanı oranın sahibi Nurlan Əzizli və daha 4 müştəri saxlanılaraq ərazi üzrə Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Oyun zalının sahibi Nurlan Əzizlinin etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın