09:20 20 Sentyabr 2019 37
Ana səhifə Xəbərlər

Bakıda keçirilən seminar iştirakçıları internat məktəbində olublar

Bakıda “Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda keçirilən seminar başa çatıb.

APA TV-nin xəbərinə görə, seminar 18-19 sentyabr tarixlərində Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA), UNİCEF və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəlikləri ilə birgə keçirilib.

Seminarın əsas məqsədi beynəlxalq tərəfdaşları, dövlət qurumlarını, maraqlı tərəfləri, vətəndaş cəmiyyətinin və yerli QHT-lərin nümayəndələrini və fəlakətlər zamanı insan hüquqlarının müdafiəsi, təşviqi və sağlamlıq cəhətdən qüsurlu insanlara inklüziv yanaşma üzrə öncül təcrübələr sahəsində spesifik biliyə malik ölkələrin ekspertlərini bir araya gətirmək olub.

Tədbirin ikinci günü respublikada sağlamlıq cəhətdən qüsurlu insanların fəlakətlərdən qorunması üçün hazırlanmış fəaliyyət planı müzakirə olunub. Bu istiqamətdə sağlamlıq cəhətdən qüsurlu insanlara dair statistik məlumatlara və monitorinq sisteminə malik bazanın yaradılması, yerli və beynəlxalq tərəfdaşların, tədqiqat istiqamətlərinin və pilot layihələrin müəyyən olunması kimi vacib məqamlara toxunulub. Seminarın Azərbaycanda sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət riskinin azaldılması siyasətinə və praktikasına daxil edilməsi barədə tövsiyələr verilib.

Sonra tədbir iştirakçıları və qonaqlarınXəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbində risk qrupuna daxil olan uşaqlarla görüşü keçirilib. Balacalar qonaqlara əl işləri, kulinariya bacarıqları, incəsənət nümunələri və digər bilik və bacarıqlarını nümayiş etdiriblər. Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın