01:54 23 Oktyabr 2020 183
Ana səhifə Xəbərlər

Bakıda komendant rejimini pozan sürücü qəza törədib - SƏRNİŞİN QAÇIB

Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini 1996-ci il təvəllüdlü Şərifov Şamil Rövşən oğlu idatə etdiyi Hyundai markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə səkiyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlum olub ki, sürücü Şamil Şərifov və onun yanında olan sərnişinin müvafiq icazələri yoxdur. Sərnişin hadisə yerindən yayınıb. Onun axtarışlarına başlanılıb. Sürücü Şamil Şərifov saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın