02:40 02 Dekabr 2019 66
Ana səhifə Xəbərlər

Bakıda “Komissar” tutuldu... VƏ ORTAĞININ KİM OLDUĞUNU ÖYRƏNDİ

Bakıda “Komissar Nazim” ləqəbli narkotik alverçisi ortağı ilə birgə ələ keçib.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Cəlilabad rayon sakini Nazim Qurbanov həmyerlisi Mirşahin Həsənovun idarə etdiyi “Lada Priora” markalı avtomobildə saxlanıb.

Nazim Qurbanovun əlindəki bağlamaya baxış zamanı 7 kq-dan çox tiryək, 1 kq. heroin və 239,775 qram psixotrop maddə - metamfetamin aşkar olunub. O, narkotik vasitələri satmaq istədiyini etiraf edib.

Avtomobil axtarılan zaman məlum olub ki, Mirşahin Həsənov Nazim Qurbanovun bağlamasından ondan xəbərsiz satmaq niyyəti ilə 10,245 qram metamfetamin oğurlayıb.

Saxlanılanlar barədə həbs qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın