16:16 03 İyul 2020 411
Ana səhifə Xəbərlər

Bakıda koronavirus xəstəsinin mağazaya getdiyi aşkarlandı

Paytaxtın Səbail rayonunda ictimai yerdə COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq, yaşadığı ünvana yerləşdirilməklə, xəbərdarlıq edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayonun Rəsul Rza küçəsində qeydiyyatda olan 1946-cı il təvəllüdlü İsrafil Musayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib.

Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə o, vətəndaşların intensiv hərəkət etdiyi mağazada aşkar olunub. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, qonşuluqda yaşayan vətəndaşlara onunla təmasda olmaması üçün tövsiyələr verilib.

Polis əməkdaşları tərəfindən həmin ünvan üzrə ərazidə dezinfeksiya işlərinin aparılması təmin olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın