19:38 04 İyun 2020 353
Ana səhifə Xəbərlər

Bakıda metro və nəqliyyatın fəaliyyəti iki gün dayandırılacaq

Metropolitendə sərnişindaşıma fəaliyyəti müvəqqəti dayandırılacaq.

"Bakı Metropoliteni" QSC-dən APA TV-yə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına uyğun olaraq 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır. Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda, Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməlidir. Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq.

Qeyd edilib ki, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır. Bu nəqliyyat vasitələrinin, sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir.

Sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları tam dayandırılacaq. 5 iyun 2020-ci il tarixində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə olduğu kimi fəaliyyət göstərəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın