02:00 15 Noyabr 2019 188
Ana səhifə Xəbərlər

Bakıda Milli Qəhrəman Albert Aqarunovun abidəsi qoyuldu

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub.

APA TV-nin məlumatına görə, mərasimdə hökumət nümayəndələri, Albert Aqarunovun ailə üzvləri, döyüş yoldaşları və digər qonaqlar iştirak ediblər. Qəhrəmanla çiyin-çiyinə döyüşən dostları xatirələrini bölüşüb: “Heykəlin ərsəyə gəlməsində kim nə növlə zəhmət çəkibsə, Nərimanov Rayon İcra Hakimiyyəti, Veteran Tankçılar Birliyi, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevə öz minnətdarlığımı bildirirəm”.

Albert Araqunovun qardaşı təşəkkürünü bildirib: “Mən Albert Aqarunovun qardaşıyam. Təşəbbüsə görə Azərbaycan dövlətinə və xalqına, əməyi keçən hər kəsə minnətdaram”. Daha sonra çıxışlar başlayıb.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında tarixən Azərbaycandakı tolerant və multikultural mühitin müxtəlif xalqların bura gəlib məskunlaşmasında mühüm rol oynadığını bildirib.

Sonra abidənin önünə əklil və gül dəstələri düzülüb. Qeyd edək ki, Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın