13:20 10 Aprel 2020 226
Ana səhifə Xəbərlər

Bakıda motosiklet qəzaya uğrayıb – XƏSARƏT ALANLAR VAR

Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib. Belə ki, hadisə şər vaxtı Ağa Nemətullah küçəsində qeydə alınıb.

APA TV xəbər verir ki, 28 yaşlı Əhmədzadə Lamiyyə Əsgər qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində keçib. Bu zaman məhəllə daxili yoldan ç ıxan motosikletin sürücüsü idarəetməni itirərək piyadanı vurub. Lamiyyə Əhmədzadə və motosikletin hələlik adı bilinməyən sürfücüsü xəsarət alıb. Lamiyyə Əhmədzadə 1 saylı şəhər xəsrtəxanasına yerləşdirilib. Həkimlər ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Qeyd edək ki, motosikletin sürücüsünə ambulator yardım göstərildikdən sonra evə buaxılıb. Motosiklet isə cərimə meydançasına yerləşdirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın