16:20 05 Avqust 2020 316
Ana səhifə Xəbərlər

Bakıda onlayn yolla narkotik satan şəxs tutuldu

Paytaxtın Nərimanov rayonunda onlayn yolla narkotik satan şəxs yaxalanıb.

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Salyan rayon sakini Nicat Nuriyev tutulub. Onun üzərində şəxs axtarış aparılan zaman 116 qram heroin və 6 qram metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın